Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləziz iyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə səfərə gəlib. İkitərəfli danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Mavritaniya sənədlərinin imzalanması mərasimi olub.
   
   Azərbaycan Prezidenti İlham Əliyev və Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləziz Birgə bəyannaməni imzalayıblar. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Mavritaniya İslam Respublikası Ticarət, Ənənəvi Sənaye və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Mavritaniyanın xarici işlər və əməkdaşlıq naziri xanım Naha Mint Hamdi Uld Muknass tərəfindən imzalanıb.
   Bundan əlavə, iki ölkə arasında kənd təsərrüfatı, baytarlıq, bitkilərin karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında sənədlər, ticarət və iqtisadiyyat, energetika sahəsində əməkdaşlıq sazişləri imzalanıb.