İki dəfə «Oskar» mükafatı laureatı Şon Penn 2 filmdə çəkilməkdən imtina edib. «Variety»nin məlumatına görə, aktyorun nümayəndələri onun «Kartel» filmində və «Üç kütbeyin» komediyasında çəkilişdən imtina etdiyini açıqlayıblar. Aktyor bu qərarını ailəsi ilə məşğul olmaq istəyilə bağlayıb.
Birinci film 1993-cü ildə çəkilən «La scorta» italyan filminin remeyki olmalıymış. Penn filmdə vaxtilə həyat yoldaşını öldürən cinayətkar karteldən oğlunu qorumalıymış. Filmin çəkilişlərinin bu ilin yayında başlanacağı güman edilirdi.
İkinci film isə ötən əsrin ortalarında populyar olan qısametrajlı filmlər seriyasına əsaslanmalıymış. Larri, Kerli və Mo adlı üç dostu müvafiq olaraq Şon Penn, Cim Kerri və Benisio del Torro canlandırmalıymışlar.
Pennin imtinası onunla razılaşma əldə edən studiyalar üçün sürpriz olub. Artıq filmləri çəkən studiyalar Penni əvəz edəcək aktyorun axtarışlarına başladıqlarını elan ediblər.
Xatırladaq ki, Penn bu ilin fevralında «Harvi Milk» filmindəki roluna görə «Oskar» alıb. Bu yaxınlarda isə o, «Düzgün oyun» filmində çəkilişləri başa vurub.
Şon Pennin adı bu yaxınlarda ailə qalmaqalında da hallanıb. O, həyat yoldaşından ayrılmaq üçün məhkəməyə müraciət edib. Amma üstündən az müddət keçəndən sonra ərizəsini geri götürüb.