Londonda musiqi art-layihəsi start götürüb. Layihəyə əsasən, küçədə 30 fortepiano qurulub və istənilən şəxs həmin alətlərdə ifa edə bilər. Bu barədə «BBC News» məlumat yayıb. «Məndə musiqi çal, mən səninəm» («Play Me, I"m Yours») adlanan aksiya iyulun 14-nə kimi davam edəcək. Layihənin təşəbbüskarı və təşkilatçısı məşhur londonlu rəssam Lük Cerramdır. Cerramın fikrincə, layihədə provokasiya elementləri var. Belə ki, pianoların küçəyə qoyulması meqapolisdə kütləvi məkanın kimə məxsus olduğu ətrafında diskussiyalara səbəb ola blər. Layihəni qeyri-kommersiya təşkilatı olan «Oxuyan London» maliyyələşdirir. Şəhərin oxuyan hissəsinin rəhbəri Kollet Hiller bildirib ki, aksiya «daima soyuq Londonda» kollektivlik ruhunu qaldıracaq.
   Musiqi alətlərinin qorunmasına gəldikdə isə təşkilatçılar londonlulara etibar edirlər: «Biz ümid edirik ki, yağış yağsa, insanlar fortepianoların üstünü örtəcəklər».