Dahi fizik Albert Eynşteynin dilini çıxarmış vəziyyətdə çəkilən məşhur fotoşəklinin surətlərindən biri auksionda satılıb. «Associated Press» agentliyinin verdiyi məlumata görə, fotoşəklə 74 min ABŞ dolları ödənilib.
   Məlumdur ki, Nyu-Hempşirdəki «Rrauction.com» auksionunda satılan bu fotoşəkil 1951-ci ildə Eynşteynin 72 yaşının qeyd olunmasından sonra çəkilib. Auksionun nümayəndəsinin sözlərinə görə, Eynşteyn fotoşəkli imzalayaraq onu «CBS» telekorporasiyasının müxbiri Hovard Smitə bağışlayıb. Məşhur fizik Smitin xəbərlər proqramını çox sevirmiş və bu verilişə qulaq asan zaman heç kimə ona mane olmağa icazə vermirmiş. Nobel mükafatı laureatı fotoşəklin üzərində yazıb: «Bu jest sizin xoşunuza gələcək. Çünki o, bütün bəşəriyyət üçün nəzərdə tutulub».
   Məşhur şəklin yeni sahibi elmi kitablar və alimlərin əlyazmaları üzrə mütəxəssis David Uaksman olub. O, fotoşəklə görə 74 min 325 dollar ödəyib.
   Xatırladaq ki, Albert Eynşteyn müasir nəzəri fizikanın banilərindəndir. 1921-ci ildə Nobel mükafatı alıb, 300-dən çox elmi kitabın müəllifidir. O, bir neçə mühüm fiziki nəzəriyyə hazırlayıb. Onların arasında ən əhəmiyyətlisi nisbilik nəzəriyyəsidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar