SSRİ və Azərbaycanın xalq artisti Lüdmila Zıkina vəfat edib. İyulun 1-də müğənninin ürəyi dayanıb. İyunun 10-da 80 illik yubileyini qeyd edən xalq artisti bundan bir neçə gün sonra infarkt keçirmişdi. Lüdmila Zıkinanın evi muzeyinin direktoru Kseniya Rubtsova məşhur müğənninin xəstəxanada keçindiyini bildirib.
   Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedyev yubileyi münasibətilə Zıkinanı I dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edib. Bundan 2 gün sonra Zıkina illər öncə yaratdığı «Rossiya» ansamblı ilə bir yerdə yubileyinə həsr olunan turneyə çıxıb. Zıkinanın ölümündən sonra «Rossiya» ansamblı qastrol turlarını davam etdirmək qərarına gəlib. Amma səfər sentyabra təxirə salınıb. Qastrol turu müğənninin xatirəsinə həsr ediləcək.
   Xatırladaq ki, Lüdmila Zıkina dəfələrlə Bakıda olub və Azərbaycanı çox sevdiyini bildirib. Zıkinanın dəfni iyulun 4-nə təyin olunub. Moskva hökumətinin qərarı ilə o, Novodeviçye qəbiristanlığında basdırılacaq. Xalq artisti ilə vida mərasimi 2 gün davam edəcək. İyulun 3-də onun nəşi Çaykovski adına zala qoyulacaq. İyulun 4-də isə dini ayin keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar