«Marvel Studios» kompaniyasının rəhbərliyi məşhur aktrisa Natali Portmanı «Tor» filmində baş qadın roluna təsdiq edib. Filmin əsasında populyar komikslər dayanır. «Variety»nin məlumatına görə, aktrisa Skandinaviya allahı Torun ilk sevgilisi olan tibb bacısını oynayacaq.
   Filmin süjetinə görə, Tor Donald Bleyk adlı insan sifətində insanların arasında yaşamağa məcbur olur. Allahlar onu Asqarda başladığı müharibəyə görə cəzalandırırlar. Burada o, xəstəxanada olduğu zaman Foster adlı tibb bacısına vurulur.
   Torun macəraları isə bitib-tükənmir. Bir dəfə o, öz dünyasından olan çox güclü qara qüvvələrin Yer kürəsini ələ keçirməsinə mane olmaq üçün bütün qüvvəsini səfərbər etməyə məcbur olur.
   Torun rolunu Kris Hemsvort oynayacaq. Premyerası 2011-ci il mayın 20-nə təyin edilən filmin rejissoru Kennet Bran olacaq. Çəkilişlər 2010-cu ilin əvvəlində başlayacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar