İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi (ölümündən sonra) barədə sərəncam imzalayıb.
   Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək barədə sərəncam verib. Sərəncama əsasən, Biləsuvar rayonunun orta məktəblərindən birinə, Biləsuvar rayon mərkəzində küçələrdən birinə Mübariz İbrahimovun adı veriləcək.
   Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov bu il iyunun 18-də cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini məhv edərək qəhrəmancasına şəhid olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar