Məşhur aktyor və idmançı Brüs Linin böyük bacısı və kiçik qardaşı əfsanəvi kunq-fu ustasının həyatı barədə serial çəkilməsi ilə bağlı Çinin «J.A.Media» kompaniyası ilə müqavilə bağlayıblar. Bu barədə «The Hollywood Reporter» məlumat yayıb. Gələcək serialın prodüseri Manfred Vonq təşəbbüsü alqışlayıb: «Filmdə sözsüz ki, kunq-fu olacaq. Amma bizim üçün ən əsası əsl Brüs Lini göstərməkdir. O isə çox gözəl yumor hissi olan, valideynlərinin qayğısına qalan və ailə üzvlərinə xoş münasibət bəsləyən insan idi».
   Vonq bildirib ki, Brüs Li ilə bağlı üç film çəkilməsi planlaşdırılır. Bu filmlərdən hər biri məşhur aktyor və idmançının ömrünün müxtəlif mərhələlərini əks etdirəcək. Brüs Linin qardaşı Robert isə qardaşı barəsində xeyli filmə baxdıqlarını və kitab oxuduqlarını vurğulayıb: «Amma onlarda xeyli qeyri-dəqiqlik və açıq təhriflər var. Biz bunu dəyişmək istəyirk».
   Hələlik filmdə baş rolun kimə tapşırılacağı məlum deyil. Brüs Li «Böyük bos», «Hiddət yumruğu», «Əjdahanın qayıtması» və s. məşhur filmlərdə çəkilib. Məhz onun iştirakı ilə çəkilən filmlər sayəsində Şərq döyüş növləri bütün dünyada populyarlaşıb.
   Brüs Li 1973-cü ildə baş ağrısına görə həb qəbul edəndən sonra beyninə qan sızması nəticəsində dünyasını dəyişib. Bəzi iddialara görə, onu kunq-funun bir çox sirlərini açıqladığı üçün öldürüblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar