Britaniya muzeyinin və Teyt qalereyasının böyük tikinti layihələri dondurula bilər. "The Times" qəzeti Birləşmiş Krallığın mədəniyyət naziri Barbara Foletteyə istinadən bildirir ki, Britaniya hökuməti bu addımı büdcəyə qənaət məqsədilə ata bilər.
   Məsələn, hökumət Britaniya muzeyinə 22,5 milyon funt-sterlinq ayırılacağına təminat verə bilmir. Bu məbləğ muzeyin sağ qanadının tikintisinin xərclərinin bir hissəsini ödəməlimiş. Layihənin ümumi məbləği isə 135 milyon funt-sterlinqdir.
   "Teyt Modern"in ikinci binasının tikintisi isə 215 milyon funt-sterlinqə başa gəlməlidir. Dövlət bu layihəyə 50 milyon funt-sterlinq ayırmağa hazırlaşırmış. Bu məbləğin bir hissəsi köçürülüb. Amma yerdə qalan məbləğin taleyi qaranlıqdır. Artıq hər iki muzey ancaq özəl investorların ümidinə qalıblar. Məsələn, Britaniya muzeyi tikilməkdə olan sağ qanadını ən əliaçıq mesenatın adı ilə adlandırmağa hazırlaşır.
   Ölkədəki iqtisadi vəziyyət Mədəniyyət Nazirliyini Londondakı Saut-Benk rayonunda milli kinoteatrın tikintisini də yarımçıq dayandırmağa məcbur edir. Britaniya kino institutu bu layihənin 150 milyon funt sterlinqə tikiləcəyini elan edib. Onun 45 milyonunu dövlət ayırmalıymış.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar