Dünyanın ən məşhur truppalarından olan «New York City Ballet» maliyyə böhranı səbəbindən hər on işçisindən birini ixtisar etmək məcburiyyətində qalıb. Bu barədə «New York Times» qəzeti yazıb.
   Teatr iş yeri saxlanılan əməkdaşlarının əməkhaqlarının aşağı salınacağını da bəyan edib. Bu zaman digər teatrların ulduzlarının cəlb edilməsi zamanı onlara da daha az qonorar veriləcək.
   Truppanın baş meneceri Kennet Tabaçnik bildirib ki, kütləvi ixtisara illik büdcəsi 62,3 milyon dollar olan teatrın builki büdcə çatışmazlığının 7 milyon dollara qədər artması səbəb olub. Gələn il büdcə çatışmazlığının 5 milyon dollara qədər azalacağı proqnozlaşdırılır. İxtisar edilən rəqqasların bir hissəsi ötən həftə Nyu-York ştatında qastrol zamanı göstərilən «Qu gölü» tamaşasından sonra tamaşaçılarla vidalaşıb.
   Rusiyanın Sankt-Peterburq şəhərindən Amerikaya köçən Corc Belaniçni tərəfindən təşkil edilən «New York City Ballet» klassik rus və müasir Amerika mədəniyyətinin qovuşmasının təcəssümü sayılır.
   Maraqlıdır ki, Rusiyanın ən məşhur balet teatrı olan Böyük Teatr da maliyyə böhranı səbəbindən premyeralar və qastrolları təxirə salıb.