Rusiyanın Ermitaj Dövlət Muzeyinin direktoru Mixail Pyotrovski bəyan edib ki, muzeyin telekanalını açmaq üzərində düşünürlər. «İTAR-TASS» agentliyinin məlumatına görə, Pyotrovski ilk vaxtlar televiziyanın İnternetdə yayımlanacağını bildirib: «Sınaq müddətində televiziyanın nə qədər keyfiyyətli və tələbolunan olacağını öyrənəcəyik». Agentlik bildirir ki, artıq İnternet televiziyası Ermitaj muzeyinin saytında gündə 6 saat sınaq rejimində işləyir.
   Pyotrovskinin sözlərinə görə, ən müasir avadanlıq Gənclərin Təhsil Mərkəzində, ziyarətçilərə ekspozisiyalar və eksponatlar barədə məlumat verən interaktiv köşklər isə muzeyin zallarında qurulub.