Roma papası XVI Benedikt Milad bayramı ərəfəsində musiqi albomı buraxmağa hazırlaşır. «The Guardian»ın məlumatına görə, albomun buraxılmasından əldə edilən vəsait xeyriyyə tədbirlərinə sərf ediləcək.
   «Geffen Records» səsyazma studiyasının məlumatına görə, XVI Benediktin albomu «Alma Mater» adlanacaq. Papanın italyan, portuqal, fransız və alman dillərində ifa edəcəyi dini mahnılardan əlavə, alboma Böyük Britaniya, İtaliya və Şimali Afrika mənşəli müasir kompozisiyalar da daxil olacaq.
   Studiyanın baş meneceri Rikkardo Fernandes bu musiqilərin dinləyiciləri valeh edəcəyini bildirib.
   Hələlik əsərlərin adları açıqlanmır. Amma onların Kral filarmoniya orkestri tərəfindən hələ «The Beatles» qrupunun dövründən məşhur olan «Abbey Road» studiyasında yazıldığı məlumdur. Disk satışa noyabrın 30-da buraxılacaq. «Geffen Records» studiyası əldə edilən vəsaitin bir hissəsini kasıb uşaqların musiqi təhsili almasına sərf etmək niyyətindədir.
   Qeyd edək ki, Roma papası musiqi istedadını açıqlayan ilk ictimai xadim deyil. Məsələn, Venesuela prezidenti Uqo Çaves inqilab mübarizəsinə həsr olunan disklər buraxıb. SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov isə həyat yoldaşı Raisa Qorbaçovaya həsr etdiyi alboma romanslar yazdırıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar