2,9 milyon dollara satılıb
Əfsanəvi “The Beatles” qrupunun üzvü Con Lennonun ifa etdiyi gitara “Julien’s Auctions” hərrac evi tərəfindən 2,9 milyon dollara satılıb.
1965-ci ildə “The Beatles” qrupunun “Help!” albomunun yazılmasında ifaçının çaldığı 12 simli akustik “Hootenanny” gitarası 1960-cı illərin əvvəllərində Bavariyanın “Framus” şirkəti tərəfindən hazırlanıb. Gitara “The Beatles” qrupunun “It’s Only Love”, “I’ve Seen a Face” və “Girl” albomlarının yazılmasında da istifadə olunub.
Alət şotlandiyalı gitaraçı, “Peter və Qordon” pop duetinin üzvü Qordon Uollerə məxsus olub və musiqiçi sonradan onu qrupun menecerlərinə verib və əlli ilə yaxın “toxunulmaz” qalıb. İllər sonra gitaranın yeni sahibləri onu yaşadıqları evin çardağında tapıblar və 485 min funt-sterlinqdən başlayaraq hərraca çıxarıblar.
Gitaranı yekun qiymətə Nyu-Yorkdakı “Hard Rock Cafe” onlayn şəkildə alıb. Bu, hərracda ən baha qiymətə satılan gitara sayılır.
“Julien’s Auctions” hərrac evi bundan öncə Con Lennona aid daha bir “J-160E Gibson” akustik gitarasını 2015-ci ildə 2,4 milyon dollara satmışdı.