«Christies» auksion evi Honkonqdakı alqı-satqıya parlaq çəhrayı rəngdə nadir brilyant çıxaracaq. 5 karatlıq brilyanta ilkin olaraq 5-7 milyon dollar qiymət qoyulub. Qeyd edək ki, çəhrayı brilyantlar üçün rekord qiymət 7,4 milyon dollardır. «Reuters» agentliyinin məlumatına görə, 1994-cü ildə bu qiymətə Cenevrədə 19,66 karat çəkisi olan qiymətli daş satılıb. Alqı-satqı bu ilin dekabrında baş tutacaq. «Christies» auksion evi hesab edir ki, nadir qiymətli daşların satılması üçün Asiya bazarı ən perspektivli bazarlardandır.
   Tarixdə ən bahalı brilyant «Christies» auksion evi tərəfindən 2008-ci ildə 24 milyon dollara satılıb. Bu, çəkisi 35,56 karat olan «Vittelsbax» mavi brilyantıdır. Onu ispaniyalı Marqaritanın brilyantı da adlandırırlar.