Məşhur teleaparıcı Opra Uinfri Amerika şou-biznesinin ən çox qazanan qadınlarının siyahısına başçılıq edir. Bu barədə «The Forbes» jurnalının tərtib etdiyi illik reytinqdə bildirilir. Jurnalın məlumatına görə, «Opra Uinfrinin şousu»nun aparıcısı 2008-ci ilin iyunundan 2009-cu ilin iyununa qədər 275 milyon dollar qazanıb.
   Ən çox qazanan qadınların siyahısında ikinci yeri Madonna tutub. O, eyni müddət ərzində 110 milyon dollar əldə edib. Bu gəlirin böyük hissəsi Madonnanın «Sticky & Sweet Tour» konsert turunun payına düşür. Üçüncü yer isə Selin Diona qismət olub. «Taking Chances» turnesi ona 100 milyon dollar gəlir gətirib.
   Bu müddət ərzində bir albom buraxan və iki filmdə çəkilən müğənni Beyons Noulz 87 milyon dollarla dördüncü yeri tutub. Amerika şou-biznesində ən çox qazanan qadınların ilk beşliyini vampirlər barədə saqanın müəllifi, yazıçı Siefani Mayer tamamlayır. O, ötən il ərzində 50 milyon dollar əldə edib.
   «The Forbes»in ən nüfuzlu qadınlarının siyahısında Opra Uinfrini birinci yerdən sıxışdıran aktrisa Ancelina Coli budəfəki sıralamada 27 milyon dollarla onuncu yeri tutur.
   Jurnalın məlumatına görə, 2008-ci ilin iyunundan 2009-cu ilin iyununa qədər Amerika şou-biznesinin ən çox qazanan 15 qadınının cəmi gəliri 920 milyon dollar təşkil edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar