«Columbia Pictures» kinokompaniyası Maykl Cekson barədə film çəkmək hüququ əldə edib. «BBC»nin məlumatına görə, filmin əsasında müğənninin London konsertlərinə hazırlaşan zaman sonuncu məşqlərinin çəkilişləri dayanacaq.
   «Sony» korporasiyasına məxsus kinokompaniya Ceksonun London konsertlərinin təşkilatçısı kimi çıxış edən «AEG Live» şirkəti ilə müqavilə bağlayıb. «Columbia Pictures» bunun müqabilində «AEG Live» şirkətinə yazılara görə 66 milyon dollar ödəyib.
   Kütləvi informasiya vasitələrinin məlumatına görə, London konsertlərinə hazırlıq zamanı «O2» arenasında 100 saatdan çox video çəkilib. Amma gələcək filmin müddəti 150 dəqiqədən çox olmayacaq. Bundan əlavə, «Columbia Pictures» kinokompaniyası pop kralını pisləməmək barədə öhdəlik götürüb.
   Razılaşmadan əldə olunan gəlirin böyük hissəsi (90 faizi) Maykl Ceksonun varislərinə çatacaq. Yerdə qalan 10 faiz isə milyarder Filipp Anşutsa məxsus «AEG Live» şirkətinə veriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar