Londonun Vest-End rayonunun teatrları tez-tez mühafizəçilərin xidmətindən istifadə edir. Çünki ucuz biletlərlə teatrlara cəlb edilən auditoriya özünü «yaxşı» aparmır.
   «The Daily Telegraph» qəzetinin məlumatına görə, teatr rəhbərləri spirtli içki içən, dalaşan və hətta zaldaca sekslə məşğul olan tamaşaçılarla qarşılaşmalı olurlar. Bəzi aktyorlar zala spirtli içki keçirilməsinə qadağa qoyulmasını tələb ediblər.
   Bir müddət öncə Stiven Sondhaymın «Balaca gecə serenadası» müziklinin nümayişi zamanı tamaşaçılardan biri səhnənin kənarında təbii ehtiyacını ödəyib. «Qodonu gözləyən zaman» tamaşasının premyerası zamanı isə tamaşaçılardan biri səhnəyə çıxaraq aktyorları mobil telefonuna çəkməyə başlayıb. Nəticədə, məşhur aktyorlar Patrik Stüart və İen Makklellen tamaşanı dayandırıblar. Bir çox gənclərin teatra kompaniya şəklində kefli gəldikləri bildirilir. Mühafizəçilər də məhz belə tamaşaçılarla «haqq-hesab çürütməli» olurlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar