“The Guardian” qəzetini müxbiri Cem Consun yazdığına görə, gələn ildən etibarən Liverpul universitetində qeyri -adi magistratura fəaliyyətə başlayacaq. Magistraturanın adı bütövlükdə “Bitlz, pop musiqisi və cəmiyyət” adlanır. Rəsmi təsdiqləmələrə görə, bu Britaniyada, eləcə də bütün dünyada ali bitlz təhsili verən yeganə qurum olacaq. Əsasən dörd təhsil modulundan ibarət olan magistraturada hər modul 12 həftə davam edcək. Təhsil alanlar digər fənlərlə yanaşı, müharibədən sonrakı musiqi tarixini, submədəniyyət və bitlzin əsaslarını da öyrənəcəklər.
Cons öz məqaləsində onu da qeyd edir ki, magistraturaya cəmi 30 nəfəri qəbul olunacaq. İlk tədris ilinin sonunda tələbələr “Bitlz” mövzusunda dissertasiya yazmalı olacaqlar. Təhsil haqqının 3445 funt-sterlinq olacağı bu bu təhsil müəssisəsində oxumaq üçün indidən ABŞ və Britaniyanın özündən xeyli miqdarda ərizə daxil olub.