Britaniyalı tədqiqatçı Endryu Kollins iddia edir ki, Misir fironlarının axirət dünyası onların dəfn olunduqları ehramların altındadır. Lakin bu axirət dünyasına aparan və yerin dərin qatlarına gedib çıxan yollar, labirintlər yarasa və zəhərli hörümçəklərlə doludur. Kollins bu yaxınlarda nəşr etdirəcəyi “Ehramların təkində” adlı kitabında belə bir fikir irəli sürüb ki, ehramların alt qatları indiyədək heç bir alim tərəfindən tədqiq olunmayıb. Bunun əsas səbəbi isə yeraltı aləmə aparan yolun tapılmamasıdır. Bu yolun necə tapılması barədə dəqiq məlumata malik olduğunu deyən britaniyalı misirşünas «Discovery News» qəzetinin müxbirinə bildirib ki, hələlik bu barədə heç bir söz demək istəmir.
   İngilis tədqiqatçısının bu fərziyyələri ilə razılaşmayan məşhur misirşünas, qədim Misir tarixini öyrənən Ali Elmi Şuranın aparıcı mütəxəssislərindən olan Zahi Həvas ehramların altında belə bir yeraltı aləmin - axirət dünyasının olmadığını deyir. Lakin ərəb misirşünasının dediklərinin heç bir əsası olmadığını söyləyən Endryu Kollins öz iddiasının konkret mənbələrə söykəndiyini israr edir və bununla bağlı yaxın gələcəkdə tədqiqatlara başlamaq fikrində olduğunu bildirir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar