Amerikanın əfsanəvi gitaristi, virtuoz musiqiçi Cimi Hendriksin bədbəxt hadisə nəticəsində ölmədiyini iddia edənlər sənətçinin öz meneceri tərəfindən qətlə yetirilməsi versiyası üzərində dayanıblar. Bu barədə məlumat verən İngiltərənin «The Independent» qəzetinin yazdığına görə, Cimi Hendriksi Ceyms Rayt öldürüb. Raytın sözlərinə görə, o, Hendriksin içkisinə böyük dozada uyuşdurucu tökərək yatızdırıb. Ceyms etiraf edib ki, onu belə bir cinayət törətməyə sövq edən başlıca səbəb gitaraçının özünə başqa bir menecer tapmaq istəyi olub. Xatırladaq ki, 27 yaşlı məşhur gitaraçı Londondakı mənzilində ölmüş vəziyyətdə tapılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar