Yaponiyanın dünyaşöhrətli “Sony” korporasiyası 2010-cu ildən etibarən istehsal etdiyi üçölçülü videotexnika nümunələrini satışa çıxarmağa hazırlaşır. Korporasiyanın icraçı direktoru Hovard Stringerin sözlərinə görə söhbət yalnız üçölçülü televizorlardan getmir. Korporasiya 3D texnologiyasının həmçinin yeni noutbuklarda, müxtəlif kompyuter oyunları qurğularında və Blu-Ray səsyazma sistemlərində də tətbiq ediləcəyini bildirib.
Hovard Stinger bununla əlaqədar olaraq bir sıra vacib məsələlərin artıq həll olunma ərəfəsində olduğunu və 3D texnologiyasının tətbiq edildiyi məhsulların tezliklə dünya bazarında özünə layiq yer tutacağını da vurğulayıb. Üçölçülü yeni texnologiyanın dünya elektronika sənayesində əsl inqilab yaradacağı fikrində olanlar bu yeniliyin çağdaş kino istahsalı sənayesində həvəslə tətbiq ediləcəyini söyləyirlər. Onu da qeyd edək ki, 3D üçölçülü rəqəmsal videoixtiranın yaxın gələcəkdə incəsənət aləmində misilsiz dönüş yaradacağını birmənalı şəkildə təsdiqləməkdədirlər. “Times Online” qəzetinin yazdığına görə kinorejissor Ceyms Kemeron bundan əvvəl çəkdiyi və bütün dünyada şöhrət qazanmış “Terminator” və “Titanik” filmlərində 3D texnologiyasından qismən istifadə edib. Hazırda kinorejissor “Avatar” kinolentində də bu texnologiyanın tətbiqinə üstünlük verib.
İngiltərənin “British Sky Broadcasting” şirkəti isə gələn il bu ölkədə televiziya peyk kanalının yaradılması üçün hazırlıq işlərinə başlandığını bildirib.
Mütəxəssislərin fikrincə, 3D texnologiyası özünün müasirliyinə və əlverişliliyinə baxmayaraq “formatların müharibəsi” kimi xoçagəlməz problemlər də yaradacaq. Məsələ orasındadır ki, bu texnologiyanın istehsalçıları hələlik 3D video texnologiyasının beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı razılaşmalara gəlməyiblər.