Məşhur “Transformerlər” filminin baş qəhrəmanı, kino ulduzu Meqan Foks müsahibəlrindən birində psixikasının pozulduğunu etiraf edib. Kinosevərlərin sevimlisi “Wonderland” jurnalının müxbiri ilə söhbətində bu barədə açıq danışaraq onda olan ruhi xəstəlik əlamətlərini lap erkən yaşlarından özündə hiss etdiyini bildirib. Aktrisanı müayinə edən həkimlər onun səhhətində hər hansı bir xəstəliyin olması barədə heç bir diaqnoz verməyiblər. Meqan Foks isə iddia edir ki, o özünü psixi cəhətdən qeyri-sağlam hiss edir və tez-tez qulaqlarına qəribə və anlaşılmaz səslər gəlir. Aktrisa həmçinin tez-tez qallüsunasiyalara məruz qaldığını və ətrafındakılarla normal ünsiyyət yaratmaqda çətinlik çəkdiyini bildirib. O, deyib: “Məndə həqiqətən hansısa naməlum bir psixi çatışmazlığın əlamətləri var. Lakin bu çatışmazlığın konkret olaraq nə ilə əlaqəli olduğunu başa düşə bilirəm”.
“The Examiner” qəzetinin yazdığına görə 23 yaşlı bu aktrisa erkən yaşlarından məşhur Hollivud əfsanəsi Merilin Monronun fanatı olub və öz şəxsi həyatında ona bənzəməyə çalışıb. Hətta bədəninə vurdurduğu tatuajı belə eyni ilə Merilin Monronun tatuajına oxşadığını yazan qəzet qeyd edir ki, Meqan Foks həyatının eyni ilə Monronun həyatı kimi sona çatacağı barədə düşünür. Aktrisa jurnalistlərlə söhbətində bu barədə deyib: “Mən Merilin Monronun həyatına dair bütün yazılanları, o cümlədən onun bioqrafiyası yazılmış kitabları başdan ayağa oxumuşam. Düşünürəm ki, mənim də həyatımın sonu eynən Monronun həyatına oxşaya bilər. Mən əminəm ki, şəxsiyyətim getdikcə ikiləşir. Məndə zəif şizofreniya tutmaları baş verir”.
Qəzetlərin yazdığına görə, gənc Meqan Foks artıq ikinci ildir ki, ən seksual qadın nominasiyasında birinci yerə çıxır. O, yeganə Hollivud aktrisasıdır ki, bu ampluada 2001-2002-ci illərdə Cennifer Lopesin rekordunu təkrar edir.
Qəzetlərin yazdığına görə, aktrisa son iki ayda “Esquire”, “Empire”, “Maxim”, “GQ UK”, “Entertainment Weekly i Elle” jurnallarında, habelə digər kişi və qadın dərgilərində, internet saytlarında da görünməyə başlayıb. Meqan Foksun sözlərinə görə zahiri görkəmindən heç də xoşu gəlmir və nə çəkildiyi filmlərə, nə də foto şəkillərinə baxmağı sevir.