Məşhur musiqi nəhəngləri Con Porter və Anna Lipnitskinin sentyabrin 15-dən etibarən Varşavada başlayan duet konsertinə düşmək istəyənlər öz qanlarından keçməli olacaqlar. Bu barədə məlumatı Polşa KİV-ləri və bir sıra internet saytları yayımlayıb. Həmin məlumatlarda deyilir ki, belə bir qərar ölkədə donor qanına olan ehtiyacın ödənilməsi məqsədilə həyata keçirilir. Ümumiyyətlə isə hər ilin sentyabr və oktyabr aylarında bu ölkədə donor kampaniyasının keçirilməsi artıq bir ənənə şəklini alıb. Həmin günlərdə xüsusi olaraq açılan məntəqələrə gələrək qan verən əhaliyə müxtəlif konsert və tamaşalarda iştirak etmək üçün pulsuz olaraq biletlər verilir.
   Qanvermə aksiyasında müntəzəm olaraq iştirak edən fəallara isə həm də xüsusi hədiyyələr bağışlanır. Qəzetlərin yazdığına görə, ölkədə artıq bir ənənə şəklini almış qanvermə aksiyası zamanı donorların digər arzu və istəkləri də nəzərə alınır.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar