Bir ara Amerika mətbuatında böyük hay-küyə səbəb olmuş məsələyə artıq son qoyulub. Söhbət rok-gitaraçı Co Satrianinin 2008-ci ildə plagiatlıq etməkdə suçlandırdığı “Coldplay” qrupunu məhkəməyə verməsindən gedir.Sentyabrın 14-də Los-Ancelesdə keçirilən məhkəmə dinləmələrində tərəflərin artıq barışığa gəldikləri və buna görə də işə xitam verildiyi elan olunub. Tərəflər bundan sonra yalnız zəruri məhkəmə xərclərini ödəməli olacaqlar.
Məsələnin mahiyyətini şərh edən qəzetlərin yazdığına görə, məşhur “Coldplay” qrupunun sonuncu albomundakı «Viva La Vida» mahnısının ondan oğurlandığını iddia edən gitaraçı Co Satriani federal məhkəməyə müraciət edərək müəlliflik hüququnun bərpa olunması üçün məsələnin araşdırılmasını istəyib. 52 yaşlı gitaraçı bu mahnını onun 2004-cü ildə buraxdığı məşhur «Is There Love in Space?» albomundan oğurlanıb. Qəzetlərin yazdığına görə, bu albomdakı bəzi mahnıların əvvəllər də müəyyən müğənnilər tərəfindən oğurlandığını bildirilər. Sonuncu dəfə belə bir plagiatlığa “Creaky Boards” qrupunun və ingilis musiqiçisi əvvəllər Ket Stivens adı ilə tanınan Yusif İslamın yol verdiyi bildirilir.