![](/img/news/700x420/2299.jpg)
Məlumatlara görə, “Sassone” firmasının nəşr etdiyi kataloq iki cilddən ibarətdir. Birinci cildə 1945-ci ilə qədər olan dövrdə nəşr olunmuş, ikinci cildə isə müharibədən sonrakı dövrdə nəşr olunmuş poçt markalarının kataloqu daxildir. Kataloqa əlavədə isə bütün köhnə italyan dövlətlərinin (qiyməti 90 avro) və ilk dəfə olaraq çap edilmək üçün hazırlanmış, lakin çap olunmamış Vatikan markaları da daxil edilib.
Qəzetlərin yazdığına görə, “Unifikato” nəşriyyatını buraxdığı poçt markalarının içərisində isə İtaliya Respublikasının ilk poçt markası bir çox kolleksiyaçılar üçün əsl sürpriz olacaq. Bu sırada “Bolaffi” nəşriyyatının poçt markalarını da xüsusi yeri olduğu bildirilir.