Kolumbiyalı yazar, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin son əsərlərində olan “Mənim kədərli fahişələrimin xatirələri” ekranlaşdırılmayacaq. Buna səbəb sözügedən əsərlə əlaqədar ölkədə gedən polemikanın qızışması və əhali arasında birmənalı olmayan rəylərin konflikt xarakteri almasıdır.
Xatırladaq ki, bu əsər 2004-cü ildə çap olunub. Romanın süjet xəttini 90 yaşlı jurnalistin illər boyu getdiyi oteldə özünün 90 yaşını qeyd etməsi və bu “sərsəm gecədə” 14 yaşlı qızla yaşadığı eşq macəraları təşkil edir.
Yerli hökumətin əvvəlcə əsərin kinoya çəkilməsi üçün razılıq verməsinə və maliyyə vəsaiti ayırmasına baxmayaraq, sonradan bu iş qəflətən dayandırılıb. Rəsmi məlumatlara görə, buna səbəb əsərdə milli mentalitetə sığmayan, uşaq pornoqrafiyasını təbliğ edən açıq-saçıq səhnələrin geniş yer almasıdır. Öz növbəsində kilsənin və Pueblo ştatı valiliyinin də işə qarışması problemin gözlənildiyindən daha ciddi olduğunu aşkarlayıb.
Qabaqcadan əldə olunmuş razılığa əsasən İspaniya, Meksika və Danimarkanın birgə istehsal etmək istədikləri bu filmin çəkilişlərinə ayrılmış 5-8 milyon dolların 20 faizini “Televisia holdinq” şirkəti öz üzərinə götürübmüş. Lakin məlum arqumentlərdən sonra geri çəkilən hökumət filmin çəkilişlərinə pul verməkdən qəti olaraq imtina edib.
Filmin prodüseri Rikardo del Rio mətbuata verdiyi açıqlamada bildirib ki, filmin çəkilişi ilə bağlı belə bir gözlənilməz qərar bütün yaradıcı heyəti məyus edib.