Avqustun 17-də zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günündə maestronun xatirəsi anılıb.
   Dövlət rəsmiləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Müslüm Maqomayevin məzarını ziyarət edib, üzərinə təzə-tər güllər düzüb.
   Fəxri xiyabana gələnlər arasında prezident İlham Əliyevin qızları - Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva, SSRİ Xalq rəssamı Tahir Salahov, müğənninin həyat yoldaşı Tamara Sinyavskaya, məşhur iş adamı və tanınmış müğənni Emin Ağalarov da var idi.
   Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci il Bakı şəhərində anadan olmuşdu. 2008-ci il oktyabrın 25-də vəfat edib. Böyük müğənni həm də gözəl mahnılar müəllifi idi. Onun xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli “Azərbaycan” mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar