![](/img/news/700x420/2537.jpg)
Məlumatlara görə, “Mulen ruj”un əsası 1889-cu ildə paytaxt Parisdə Ümumdünya yarmarkasının açılması və bu münasibətlə məşhur Eyfel qülləsinin inşa olunduğu ərəfədə qoyulub. O zaman buraya gələn yüz minlərlə insanın dincəlməsi və istirahət etməsi məqsədilə təşkil olunan “Mulen Ruj” çox qısa bir zamanda olduqca məşhurlaşır. Bir qədər sonra bu yerin yaxınlığında “Blanş” metrostansiyasının tikilməsi isə onun müştərilərini və həmçinin şöhrətini daha da çoxaldır.
“Mulen Ruj” həmçinin bir sıra dünyaşöhrətli sənətçilərin adı ilə bağlı olan məşhur yerləndəndir. Bir vaxtlar burada Jan iv Ritellyusun rəqsləri, rus balerinası Anna Pavlovanın, Karlotta Briansın balet partiyaları, Mixail Barışnikovun məxsusi olaraq bu kabare üçün hazırladığı “Mulen Ruj” tamaşası ürəkləri fəth etmiş, Fransa tarixinə qızıl hərflərlə yazılmışdır.
Kabare bu gün də keçmiş şöhrətini yaşadır. Şansonye Şarl Aznavur, Edit Piaf, İv Montan, Dalida, Ella Fitscerald, Layza Minelli, Rey Çarlz, frenk Sinatra, Elton Con kimi sənət zirvəsini çoxdan fəth etmiş ünlülərin “Mulen Ruj”un həyatında silinməz izlər.