Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və Belarusun yaradıcı gəncləri bir araya gəldilər
   
   Avqustun 17-də Novxanıdakı “Aqua park” istirahət mərkəzində azərbaycanlı və əcnəbi yaradıcı gənclərin iştirakı ilə “Gənclər bu gün” beynəlxalq görüş-seminar işə başladı. Üç gün davam edəcək forumda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və Belarusun teatr, kino və moda sahələri üzrə yaradıcı gəncləri iştirak edirlər.
   
   Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski mərasimi açıq elan edərək tədbir proqramı ilə qonaqları tanış etdi. O, seminarda iştirak edən gənclər üçün ustad dərslərinin səmərəli olacağını qeyd edərək bu dərslərdən maksimum yararlanmağı tövsiyə etdi. Sonra A.S.Puşkin adına Rusiya Dövlət Akademik Dram Teatrının rejissoru İsgəndər Sakayevin ustad dərsləri başladı. Rejissor biomexanika üzrə səhnə hərəkətlərini öz ifasında seminar iştirakçılarına izah etdi. Seminar teatr rejissorluğu sahəsində yaradıcı gənclərin diskussiyaları ilə davam etdi.
   Qısa fasilədən sonra Gürcüstan və Azərbaycan kukla teatrı aktyorlarının çıxışları başladı. Daha sonra qonaqları maraqlandıran suallar müzakirə olundu.
   Mədəniyyət və Turizm Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı gənclərlə iş sektorunun aparıcı məsləhətçisi Mirsahib Musayev “Gənclər bu gün” beynəlxalq görüş-seminarla bağlı fikirlərini söylədi: “Bu gün seminarımızın ilk günüdür. Tədbirdə kino, teatr və moda sahələri üzrə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Belarusdan da yaradıcı gənclər iştirak edir. Forumun ikinci günündə kinorejissorluq mövzusunda debatlar keçiriləcək. Bununla yanaşı, gənc rejissorların filmlərinin nümayişi və Əməkdar incəsənət xadimi Yavər Rzayevin ustad dərslərinin keçirilməsi nəzərdə tutulub. Kino ilə yanaşı, Rəssamlıq Akademiyasının geyim, dizayn kafedrasının müdiri, dosent Nazim Yunusovun iştirakı ilə müasir və milli moda ənənələri haqqında müzakirələr aparılacaq və gənc modelyerlərin işləri nümayiş olunacaq. Avqustun 19-da Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun ustad dərsləri keçiriləcək və forumun yekunu barədə fikir mübadiləsi aparılacaq”.
   M.Musayevin sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin nəzərdə tutduğu bir neçə beynəlxalq layihə də bu seminarlarda müzakirə olunacaq.
   
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar