Noyabrın 24-də Londonun “Sotheby” hərracında “Tövratın” ən qədim əlyazma külliyyatı satışa çıxarılacaq. Mütəxəssislərin rəyinə görə, müqəddəs kitabın bu nüsxəsi səffad yəhudilərinin yaşadıqları “Qızıl dövr”ə aiddir. Bu unikal abidənin ilkin hərrac qiymətinin isə təqribən 300-500 min dollar olduğu bildirilir.
Rəsmi internet saytlarındakı məlumata görə, külliyyatın qiyməti nyu-yorklu ravvin- qədim manuskript yazıları üzrə mütəxəssis İshaq Raysman tərəfindən müəyyən edilib.
Vaxtilə Mərakeşdən İsrailə immiqrasiya etmiş kitab sahibi olan yəhudi jurnalistlərlə verdiyi müsahibədə belə bir faktı da qeyd edib ki, onun ailə üzvləri uzun illər bu manuskriptin belə yüksək dəyərə malik olduğunu bilməyiblər.