Prezident İlham Əliyev avqustun 19-da Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə Bəkir Əhməd oğlu Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi barədə sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə akademik Bəkir Nəbiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.