Gələn ilin mart ayında dünyaşöhrətli ABBA qrupu “Genesis” kollektivi ilə birgə möhtəşəm konsert proqramı ilə çıxış etməyə hazırlaşır. Bu barədə məlumat verən internet saytları prodüser Devid Geffə istinadən konsertlərə biletlərin artıq satılıb qurtardığını bildirirlər. Xatırladaq ki, ABBA rok-n-roll musiqi qrupu ötən əsrin 70-80-ci illərində dünyanın ən məşhur musiqi kollektivlərindən sayılıb. Bu qrup dünyanın 200-dən artıq ölkəsində məhtəşəm konsert proqramları ilə çıxış edib. Ansamblın ifaçıları Barri Mann, Sintiya Veyl, Ell Qrinviç, Cef Barri, Cessi Stoun, Mort Şuman və Otis Bleukel yeni konsertdə öz pərəstişkarlarını sürprizlə qarşılamağa hazırlaşır. Proqram barədə hələlik tam açıqlama verilməsə də, Amerika KİV-ləri konsertin tamamilə yeni bir forma və məzmunda təşkil olunacağı barədə yazılar dərc etməkdədir. Məşhur ABBA-nın budəfəki konsertinin 2010-cu il mart ayının 15-də Nyu-Yorkun “Uoldorf Astoriya” konsert sarayında baş tutacağı bildirilir.