KİV-lərin yaydığı məlumata görə, “Eurovision - 2010” müsabiqəsinin konsertlərinə tamaşa etmək istəyənlərin böyük əksəriyyəti məyus olublar. Buna səbəb isə sözügedən törənə biletlərin satılıb qurtarmasıdır. Norveçin NRK telekompaniyasının yaydığı məlumatda bildirilir ki, biletlərin ilkin partiyası kassalar açıldıqdan cəmi 20 dəqiqə sonra qurtarıb. Bundan sonra bilet tapmaq isə müşkülə çevrilib. Məlum olduğu kimi, “Eurovision - 2010” musiqi müsabiqəsi bu il may ayının 29-da Norveçin paytaxtı Osloda keçiriləcəkdir. Bu məqsədlə 90 min bilet çap olunsa da, onun hamısı satlıb qurtarıb.