Amerikanın Las-Veqas şəhərində dünyaca məşhur aktrisa Merilin Monronun rentgen görüntüsü satışa çıxarılıb. Auksion 800 dollardan başlayıb. Rentgen lenti 1954-cü ildə Floridanın «Cedars of Lebanon Hospital» tibb mərkəzində hazırlanıb. Həmin xəstəxanada məşhur aktrisa bir neçə gün müalicə olunub. Rentgen lenti M.Monronun digər əşyaları ilə birgə auksionda satışa çıxarılıb.
   Əşyalar arasında aktrisanın ən sevdiyi açılmamış «Şanel-5» ətri də var.