Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin oğlu atasının adına kişi ayaqqabısı brendinin yaradılmasına icazə verib. Bu adda ayaqqabıların ilk partiyası bu ilin sentyabrında ABŞ-da satışa çıxarıla bilər.
   82 yaşlı Patrik Heminquey deyib ki, yeni ayaqqabıların əsas üstünlüyü onları corabsız geyinməyin mümkünlüyüdür. Bu onunla bağlıdır ki, E.Heminqueyin özünün də corab geyinməkdən zəhləsi gedərmiş.
   Yeni ayaqqabıların istehsalı ilə “Thomas Raymond Co” şirkəti məşğul olur. Ayaqqabılar Salvadorda bizon və öküz dərisindən tikilir. İlk partiya 30 min cüt olacaq. “Heminquey” ayaqqabılarının qiyməti 150-235 dollar arasında müəyyənləşdirilib.