İyulun 21-də Şanxaydakı “EKSPO-2010” dünya universal sərgisinin ərazisinə 30 milyonuncu tamaşaçı daxil olub. Sərginin mətbuat mərkəzindən bildirmişlər ki, bu, sərginin 82-ci günündə baş verib.
   Şanxayda dünya universal sərgisi bu il mayın 1-də açılıb və oktyabrın 31-dək davam edəcək. Sərgidə 200-dən çox ölkə, region, beynəlxalq təşkilatlar və dünyanın ən iri şirkətləri iştirak edirlər. Sərginin davam edəcəyi 180 gün müddətində buraya 70 milyona yaxın tamaşaçının gələcəyi gözlənilir.