Kaliforniyanın aparıcı Sidars-Sinay Tibb Mərkəzində Azərbaycan mədəniyyətinə həsr edilmiş gecə keçirilib. Los-Ancelesə Yaxın Şərqdən gəlmiş tibb işçilərini birləşdirən mədəniyyət cəmiyyəti tərəfindən təşkil edilmiş gecədə doktor Nurulla Parxami tədbir iştirakçılarını Azərbaycan musiqisinin zəngin ənənələri ilə tanış edib. O, Azərbaycan tarının təkamülü və regionda mədəniyyətlərin qarşılıqlı təsiri məsələlərinə toxunub.
   Tədbirdə Azərbaycanın ustad ifaçılarının, o cümlədən tarzən Ramiz Quliyevin lent yazıları, habelə “Arşın mal alan” filmindən fraqmentlər və “Qarabağ şikəstəsi”nin konsert yazısı nümayiş etdirilib.
   Sankt-Peterburqdakı Marinski Teatrının solisti, əslən Azərbaycandan olan Timur Abdikeyev “Sarı gəlin” Azərbaycan xalq mahnısını canlı ifada təqdim edib. Gecədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov da çıxış edib, Avrasiyada inkişaf dinamikası barədə fikirlərini söyləyib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar