Milli mətbuatın 135 illik yubileyi münasibətilə dövlət səviyyəsində keçirilmiş tədbirlərdən bəhs edən kitab nəşr olunub
   
   Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və “Kaspi” qəzetinin birgə hazırladıqları kitab belə adlanır: “İlham Əliyev: “Mən jurnalistləri vətənpərvərliyə çağırıram”. 
   Kitabda prezident İlham Əliyevin milli mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi haqqında 2010-cu il 10 iyun tarixli sərəncamından 22 iyul - Milli Mətbuat gününədək dövlət səviyyəsində görülmüş tədbirlər barədə materiallar Azərbaycan və ingilis dillərində oxuculara çatdırılır.
   Kitabın elmi məsləhətçisi və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur. “Ön söz”də milli mətbuatımızın 135 illik yubileyinin ölkəmizdə geniş tədbirlərlə qeyd edildiyi nəzərə çatdırılır.
   Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı sərəncamlara əsasən, Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə 38 nəfərə “Əməkdar jurnalist”, 15 nəfərə “Əməkdar mədəniyyət işçisi” və 1 nəfərə “Əməkdar mühəndis” fəxri adları verilib, 38 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.
   “Ön soz”də ölkə başçısının Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüşdəki çıxışına xüsusi yer ayrılıb. Prezident İlham Əliyev jurnalistlərin məsuliyyəti ilə bağlı mövqeyini bildirib və tövsiyələrini verərək deyib: “Mən media sahəsində gələcək inkişafı müstəqil, sözün əsl mənasında, müstəqil medianın gücləndirilməsində görürəm. Çünki hələ ki, bizdə bu sahədə, xüsusilə yazılı mediada siyasiləşmə meyilləri çox güclüdür. Bu gün medianın inkişafı üçün siyasiləşmə prosesi gərək azalsın. Çünki birinci növbədə, Azərbaycan cəmiyyəti vətənpərvər cəmiyyətdir”. Prezident dövlətin müstəqil Azərbaycan mediasının inkişafına daim dəstək olacağını vurğulayaraq, jurnalistləri vətənpərvər olmağa çağırıb






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar