Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin səfirlərini qəbul edib
   
   Prezident İlham Əliyev avqustun 31-də müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
   
   Müqəddəs Ramazan ayı münasibətilə görüş iştirakçılarına xoş arzularını bildirən dövlət başçısı onlardan səmimi salamlarını və təbriklərini təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına çatdırmağı xahiş edib. Ramazan ayının dünyada yaşayan bütün müsəlmanların birliyini təcəssüm etdirdiyini vurğulayan İlham Əliyev İslam ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin, islam həmrəyliyinin daha da möhkəmləndirilməsinin vacibliyini söyləyib.
   Azərbaycan ilə müsəlman ölkələri arasında ikitərəfli və beynəlxalq səviyyədə uğurlu əməkdaşlıqdan danışan prezident İslam Konfransı Təşkilatının xətti ilə Bakıda bir sıra mötəbər tədbirlərin keçirildiyini qeyd edib. Bakının 2009-cu ildə “İslam Mədəniyyətinin Paytaxtı” seçildiyini diqqətə çatdıran dövlət başçısı ölkəmizin İslam həmrəyliyinə töhfələrini əsirgəmədiyini bildirib.
   Qarabağ münaqişəsinə toxunan prezident problemin nizama salınması ilə bağlı müsəlman ölkələrinin ədalətli mövqe nümayiş etdirdiklərini deyib. Münaqişənin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həllinə əminliyini vurğulayan dövlət başçısı bir daha beynəlxalq birliyi işğalçı Ermənistana qarşı təzyiqləri gücləndirməyə çağırıb.
   Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təmsil etdikləri ölkələrə sülh və firavanlıq arzulayan Prezident İlham Əliyev bir daha görüş iştirakçılarına xoş arzularını çatdırıb.
   Özbəkistanın səfiri İsmatilla Yerqaşev müsəlman ölkələrinin səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından Azərbaycan prezidentini və xalqımızı təbrik edib, sülh və firavanlıq arzulayıb. O, müqəddəs Ramazan ayı münasibətilə dövlət başçısı ilə görüşün ənənəvi xarakter almasının əhəmiyyətini vurğulayıb. Azərbaycanın Cənubi Qafqazda sabitlik və dinamik inkişafı təmin edən ölkə olduğunu qeyd edən səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə müsəlman ölkələrinin mövqeyinin dəyişməz olduğunu bildirib. İslam Konfransı Təşkilatında fəal mövqeyi ilə seçilən Azərbaycanın dini tolerantlıq və sivilizasiyalararası dialoqun bariz nümunəsi olduğunu deyən səfir bir daha xalqımıza və dövlətimizin başçısına ən xoş arzularını çatdırıb. 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar