İnsanlar kimi hər bir incəsənət əsərinin də öz taleyi var. Dünyaca məşhur sənətkarların uğurlu əsərləri ilə yanaşı, “bəxti gətirməyən”, yarımçıq qalan, ideyası, süjeti tamamlanmayaraq müəmmalı qalan əsərlər də az deyil. Belə sənət əsərləri barədə tarixi faktlar nə deyir?
Motsart - “Rekviyem”
1791-ci ildə məşhur bəstəkar Volfqanq Amadey Motsartın yanına tanımadığı bir nəfər gəlir və xahiş edir ki, onun vəfat etmiş həyat yoldaşının dəfn mərasimində ifa olunacaq bir əsər yazsın. Bu vaxtlar Motsart da ömrünün son günlərini yaşayırdı, ancaq buna baxmayaraq o, xahişi yerinə yetirir. Əsər başa çatmamış Motsart vəfat edir. Əsərin yarımçıq qalan hissəsini onun şagirdi Frans Zyusmayer tamamlayır və sifarişçiyə çatdırır. Bu məşhur “Rekviyem” əsəri olur. Sonra məlum olur ki, əsəri sifariş verən naməlum adam Frans fon Valzeq adlı bir qrafdır və o, musiqi əsərlərini “aranjeman” edərək öz bəstələri kimi təqdim edir. Lakin Motsartın həyat yoldaşı Konstansa əsərin bir hissəsinin onun ərinə məxsus olduğunu bilərək qrafdan bunu etiraf etməyi tələb edir. Qraf bunu etiraf etsə də, indiyədək bu məşhur əsərin konkret olaraq hansı hissəsinin Motsarta məxsus olduğu, hansının isə qraf tərəfindən dəyişdirildiyi və əlavə edildiyi müəmmalı olaraq qalır.
Leonardo da Vinçi - “Qran Kavallo”
Yarımçıq qalmış əsərləri olan sənətkarlardan biri də dahi rəssam, heykəltəraş Leonardo da Vinçidir. Da Vinçi bir dəfə Milan hersoqundan onun atasının şərəfinə at heykəli düzəltmək sifarişi alır. Sənətkar əsərin üzərində 12 il işləyir və 1492-ci ildə 7 metrlik gildən hazırlanmış heykəl hazır olur. Heykəl “Qran Kavallo” adlanır və heykəltəraşlığın ən gözəl nümunələrindən biri sayılır. Heykəlin metaldan (tunc) tökülməsi ərəfəsində İtaliya ilə Fransa arasında müharibə başlayır. Milan hersoqu heykəl üçün nəzərdə tutulmuş 200 000 funt metalı top hazırlanması üçün hərbçilərə verir. Da Vinçinin bu əsəri beləcə yarımçıq qalır.
Cilbert Stüart - “Corc Vaşinqtonun portreti”
Amerikanın ilk prezidenti olmuş Corc Vaşinqtonun portreti 1 dollarlıq əskinasın üzərində əks olunub. Portret rəssam Cilbert Stüart tərəfindən çəkilib. Stüart dövrünün tanınmış rəssamı olub, bir çox dövlət adamlarının portretini çəkmişdi. Ancaq az adam bilir ki, Vaşinqtonun 1 dollarlıq əsginaz üzərindəki portreti tamamlanmayıb. Özü də Stüart bilərəkdən portreti yarımçıq çəkib. Məqsədi o olub ki, rəsmin surətini çıxarıb baha qiymətə satsın. Sonralar o əsginazın üzərindəki rəsmin surətini 70 ədəd çıxararaq birini 100 dollara satır. Hətta Corc Vaşinqton rəssamın bu hərəkətindən qəzəblənir və onun emalatxanasına gələrək portreti məhv etməyi tələb edib. Rəssam ömrünün sonuna qədər bu işlə məşğul olsa da, portreti axıradək çəkib başa çatdırmayıb.
Çarlz Dikkens - “Edvin Drudun sirri”
İngilis ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Çarlz Dikkensin “Edvin Drudun sirri” romanını da yarımçıq əsərlər sırasına aid etmək olar. Yazıçı bu əsəri maraq və ustalıqla işləməyə başlayıb, ancaq hadisələrin axarının necə olacağını, süjet xəttinin harada başa çatacağını tamamlaya bilməyib. Buna Dikkensin ölümü mane olub. Yazıçı insultdan vəfat edəndən sonra bir çoxları bu əsəri tamamlamaq fikrinə düşürlər. Onlardan biri, yazıçı Tomas Ceyms iddia edir ki, əsəri tamamlayıb və bu işdə guya ona Dikkensin ruhu kömək edib.
Çoxları bu fikirlə razılaşırlar. Səbəb kimi o göstərilir ki, Ceymsin yazı üslubu ilə Dikkensin üslubu oxşardır. O vaxtdan dəfələrlə nəşr olunan roman məhz Tomas Ceymsin tamamladığı əsərdir.
Bryus Li - “Ölüm oyunu”
Şərq əlbəyaxa döyüş növləri ustası, Amerika və Çin aktyoru, rejissor, prodüser və ssenarist Bryus Li öz sənətinin mahir bilicisi olub. O daim məşq edib, öz üzərində çalışıb. Kunq-fu idman növündə öz üslubunu - Cit Kun-do döyüş növünü yaradıb. 1970-ci illərin əvvəllərində Bryus Li bir neçə filmdə çəkilir və tez bir zamanda döyüş sənətinin ən güclü ustalarından birinə çevrilir. 1972-ci ildə Bryus Li “Ölüm oyunu” filmini çəkməyə başlayır. O, filmdə həm rejissor, həm də baş rolun ifaçısı kimi çıxış edir. Çəkiliş vaxtı onda başağrısı başlayır. Dərmanı qəbul etdikdən sonra halı daha da pisləşir və o, vəfat edir. Onun başladığı film isə beş ildən sonra tamamlanır.
Çingiz