Dünyanın ən məşhur zərgəri Karl Faberjenin misilsiz əl işləri ABŞ-ın Virciniya ştatının Riçmond şəhərindəki incəsənət muzeyində nümayiş etdirilir. Muzeyə gələnlər məşhur sənətkar Karl Faberjenin qiymətli metal və daşlardan düzəlmiş əl işlərini seyr edirlər. “Faberjenin kəşfi” sərgisində, rus çarı II Nikolayın ailəsinə məxsus 7 Pasxa yumurtası da daxil olmaqla, 500-dən çox məşhur zərgərlik işi nümayiş etdirilir. Hər Pasxa yumurtasının qiyməti 25-30 milyon dollar dəyərindədir.