Yeni il gecəsini Çexiyanın paytaxtı Praqada keçirmək arzusunda olan turistlər orta səviyyəli hotel nömrəsi üçün 361 avro ödəməli olacaqlar. Bu qiymət isə adi vaxtlarda 98 avronu keçmir. Analitiklər qiymətləri Avropanın 35 şəhərindəki hotel qiymətləri ilə müqayisə ediblər. Parisdə Yeni il gecəsini hoteldə keçirmək istəyənlər 239 avro, Venesiya, Edinburq və Amsterdamda 250 avro, Barselonada isə təxminən 200 avro ödəməli olacaqlar.