Dəb dünyası
     
   
   İspaniyanın məşhur moda markası “Mango” iki qardaş tərəfindən yaradılmışdır. İsaak və Andik qardaşları 14 yaşında Türkiyədən İspaniyaya gəlmişdilər.
   
   Qardaşlar fikirləşdilər ki, özləri ilə gətirdikləri qısaqol köynəkləri ikiqat qiymətə satsınlar. Onların fikirləri özünü doğruldur. 1984-cü ildə Barselonada ilk mağazalarını açırlar.
   Qardaşlar brendin adı ilə bağlı uzun müddət idi fikirləşirdilər. Bir dəfə onlar Filippinə səyahətə gedirlər. Burda İsaak şirin və dadlı manqo meyvəsini ilk dəfə dadır və çox xoşuna gəlir. Qardaşlar məsləhətləşib belə qərara gəlirlər ki, bu ad onların brendinə çox yaraşır və “Mango” bütün dillərdə daha asan səslənir.
   Əvvəlcə qardaşlar materialı ucuz qiymətə əldə etmək üçün İspaniyadan Çinə gedirdilər. Onlar əvvəlcə qadın, sonra isə kişilər üçün geyim və aksesuarlar istehsal etməyə, bir-birinin ardınca mağazalarını açmağa başlayırlar. Artıq 1995-ci ildə brendin rəsmi saytı mango.com yaradılır. Beynəlxalq bazarda tanınmaqları isə 1992-ci ildə Portuqaliyada mağazalarının açılması ilə başlayır.
   Sonrakı illərdə “Mango” Avropada və bütün dünyada məşhurlaşır. 2004-cü ildə “Mango”nun Azərbaycan, Estoniya, Salvador, Vyetnamda da mağazaları açılır. 2006-cı ildə isə Amerikada yayılmağa başlayır. Hazırda “Mango”nun dünyanın 80 ölkəsində 1000-dən çox mağazası var.
   Müxtəlif illərdə “Mango”nun reklam kampaniyalarında Naomi Kempbell, Mila Yovoviç, Penolopa Krus kimi ulduzlar iştirak ediblər. 2011-ci il payız-qış kolleksiyasında “Mango”nun yeni üzü Skarlett Yohansson, kişilər üçün isə Barcelona komandasının məşhur ulduz futbolçusu Pike olub.
   
   Səbinə Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar