Dəb dünyası
   
      
   Məşhur italyan brendi “Fendi” hələ ötən əsrin əvvəllərindən hamı tərəfindən sevilməkdədir. 1918-ci ildə Romada Adele Kasaqrandeyə məxsus dəri məhsullarının satışı ilə məşğul olan kiçik bir mağaza fəaliyyətə başlamışdı.
   
   1925-ci ildə Eduardo Fendi Adele ilə ailə qurduqdan sonra onlar qərara gəlirlər ki, mağazalarını soyadlarının şərəfinə “Fendi” adlandırsınlar. Burda satılan məhsullar görünüşcə çox cəlbedici və yüksək keyfiyyətə malik olduğuna görə qısa zamanda Roma xanımları arasında məşhurlaşır.
   Fendi ailəsinin işləri yaxşı getdiyinə görə, 1932-ci ildə cütlük Romada ikinci mağazanı açır. Hər şey yaxşı idi, amma İkinci Dünya müharibəsinin başlanması onların bir çox arzularını alt-üst etdi. Müharibənin ağır illərində Fendi cütlüyü qızları - Paula, Anna, Franka, Karla və Aldanı da işə cəlb edirlər. Birgə ailə səyləri sayəsində onlar yenidən böyük nailiyyətlər əldə etməyə başlayırlar.
   Sonralar bütün işləri qızlar öz öhdələrinə götürür. 1952-ci ildə bacılar öz şirkətlərinə professional alman dizayneri Karl Lagerfeldi dəvət edirlər. O, indi çoxlarına tanış olan brendin əsasını qoyur və “Fendi”nin loqosunda cüt “F” hərfini həkk etdirməklə, Fendinin həyat yoldaşını da simvolizə etdirmiş olur. Çoxlu yenilikəri, uğurlu kolleksiyaları sayəsində “Fendi” moda dünyasında liderlər sırasına daxil olur. Bundan əlavə, marka moda həvəskarları üçün yüksək keyfiyyətli və dəbdəbəli xəz paltarlar istehsal etməkdədir. 1978-ci ildə Adele Fendi 81 yaşında vəfat edəndə ailə artıq moda dünyasında öz imperiyasına sahib idi. 1985-ci ildən bu brendlə eynək, çanta, qalstuk, ayaqqabı, parfümeriya, kəmərlər və s. istehsal olunmaqdadır. Bir müddət sonra İsveçrə istehsalçıları ilə müqavilə nəticəsində “Fendi” saatları da satışa çıxarıldı.
   1999-cu ildə “Fendi” fransız holdinqi LVMH-nin üzvü oldu. Hazırda “Fendi”nin Nyu-Yorkdakı əsas mağazası daxil olmaqla, 100-ə yaxın mağazası var. Şirkətin mənzil-qərargahı Romada yerləşsə də, onun butikləri bütün dünyaya səpələnib. Dünya brendi “Fendi” yenilikçi üslubu və kolleksiyaları ilə həmişə moda aləmini təəccübləndirməkdədir.
   
   Hazırladı: Səbinə Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar