2013-cü ilə sayılı günlər qalır. Yeni il digər ölkələrdə necə qeyd olunur? Bu barədə çox deyilib, yazılıb. Lakin yenə də bəzi maraqlı məqamları diqqətə çatdırmaq istədik.
   
   Almaniyada Yeni ilə bir neçə gün qalmış Milad bayramını daha təmtəraqlı keçirirlər. Həmin gün ailələr, qohum-əqrəbalar bir süfrə ətrafına yığılıb bayramın əsas şirniyyatı sayılan “Lebkuhen” kişmişli tortunu dadır və bir-birlərinə hədiyyələr bağışlayırlar. Yeni il gecəsi saat 12-ni vuranda isə almanlar ovuclarında metal pul sıxaraq atılıb düşürlər. İnanırlar ki, bunu etsələr Yeni il daha bərəkətli olacaq.
   Çində Yeni il ailə bayramıdır. Yeni il gecəsi balıq və toyuq ailə birliyinin simvolu kimi süfrəyə bütöv şəkildə verilir. Uzun makarondan bişirilən yeməklər isə uzun ömrü simvolizə edir. Hətta inanca görə, bunları bişirərkən kəsmək uğursuzluq gətirər. Bayram axşamı naringi və portağallar əldən-ələ ötürülür. Çinlilərə görə, naringi şans, portağal isə zənginlik gətirir.
   Yaponiyada Yeni ili gecə saat 12 tamamda 108 kilsə zəngi vurmaqla qeyd edirlər. Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar. Zəngdən sonra hamı yatır, şənlik isə səhərə yaxın başlanır.
   Amerikada saat 12 tamamı göstərəndə insanlar bir-birini qucaqlayıb öpürlər. Sükan arxasında olanlar maşının siqnallarını basaraq Yeni ilin gəlişini qeyd edirlər. Bayram süfrəsini noxuddan hazırlanmış yeməklərlə bəzəyirlər. Bunun onlara uğur və xoşbəxtlik gətirəcəyinə inanırlar.
   İtaliyada Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz, ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır. İtaliyada uşaqların Şaxta babaları yox, Şaxta nənələri var. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da, Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə illə vidalaşırlar.
   İngilislər gecə saat 12-nin birinci zərbəsini vuranda evin arxa qapısını açaraq köhnə ili yola salır, son zərbəsini vuranda isə ön qapını açaraq yeni ili qarşılamış olurlar. Hər kəs karnaval şənliklərinə qoşulur, Santa Klaus isə uşaqlara bayram hədiyyələri gətirir.
   
   Hazırladı: Səbinə Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar