Cari ilin payızında Vaşinqtonda Azərbaycan dili kursları açılacaq. Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi Azərbaycan dili kursunun payız semestrini elan edib. Kurs giriş, 1-ci və 2-ci səviyyədən ibarətdir. İlk dərs oktyabrın 4-də keçiriləcəkdir. Qeydiyyat müddəti sentyabrın 24-də sona çatır.
   Mərkəzdən bildiriblər ki, bu cür kurslar hər il keçirilir. Kurslara təkcə Vaşinqtondan deyil, başqa şəhərlərdən də Azərbaycan dili ilə maraqlanan müdavimlər gəlirlər. Vaşinqtondakı bir neçə dil mərkəzində də Azərbaycan dili kursları fəaliyyət göstərir.