Bu yaxınlarda ölkəsindəki sərt vergi qaydalarına etiraz olaraq Fransa pasportundan imtina edən və Rusiya vətəndaşlığını alan məşhur kinoaktyor Jerar Depardye dünyada Monteneqro mədəniyyətini təmsil edən səfir olacaq. Bu barədə aktyor Monteneqronun baş naziri Milo Cukanoviç ilə görüşündən sonra məlumat verib.
   Aktyor görüşün yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, Monteneqro kiçik ölkə olsa da, zəngin mədəniyyəti, tarixi və gözəl təbiəti ilə Avropada böyük əhəmiyyətə malikdir. O, eyni zamanda, bu Balkan ölkəsində yeni filmlərin çəkilişləri barədə düşündüyünü deyib.
   Bu yaxınlarda Rusiya vətəndaşlığını alan aktyor Monteneqro pasportunu alıb-almayacağı barədə suala cavabında sənəd toplamaqla məşğul olmadığını deyib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar