Məşhur teatr və kino aktrisası, Rusiyanın Xalq artisti Svetlana Nemolyayeva 1937-ci il aprelin 18-də Moskvada sənətçilər ailəsində doğulub. Atası Vladimir Nemolyayev kinorejissor, anası Valentina Ladıqina səs operatoru idi. Sonralar qardaşı Nikolay da səs operatoru oldu.
   
   Uşaqlığı ağır müharibə illərinə təsadüf edib. Atası övladlarını kino çəkilişlərinə aparırdı. Svetlana ilk dəfə 8 yaşında “Əkizlər” filmində çəkilir. Kino ilə yanaşı, teatra da böyük marağı vardı. Atası da Svetlananı teatr aktrisası kimi görmək istəyirdi. O, atasının arzusunu yerinə yetirir və orta məktəbi bitirəndən sonra M.S.Şepkin adına Ali Teatr Məktəbinə daxil olur. 1959-cu ildən V.Mayakovski adına Dram Teatrında çalışmağa başlayır. Burada gələcək həyat yoldaşı, məşhur aktyor Aleksandr Lazarevlə tanış olur. Onlar 1960-cı ildə ailə qururlar və bu xoşbəxt evlilik yarım əsr (Aleksandr 2010-cu ildə dünyasını dəyişənədək) davam edir. 1967-ci ildə oğulları Aleksandr doğulur. O da aktyorluq peşəsini seçib, hazırda “Lenkom” teatrında çalışır.
   Aktrisa teatrda bir çox parlaq rollar (o cümlədən “Hamlet”də Ofeliya) oynasa da, onun ulduzu kinoda parlayır. Rejissor Eldar Ryazanovun 1977-ci ildə çəkdiyi “İşdə məhəbbət macərası” filmindəki Olqa Petrovna Rıjova rolu onun kinoda vizit kartı olur. 1979-cu ildə Ryazanovun “Qaraj” (Quskovun həyat yoldaşı) filminə də çəkilir. Aktrisa deyir: “Mən özümü kinoda təsdiq etməyimə görə Eldar Ryazanova minnətdaram”.
   Svetlana Nemolyayeva teatr və kinoda xidmətlərinə görə 1980-ci ildə Rusiyanın Xalq artisti adına layiq görülüb. 76 yaşını qeyd edən aktrisa bu günlər sənət dostları və tamaşaçılarından çoxsaylı təbriklər alır. “Hansı yaşda olmaq istərdiniz” sualına isə belə cavab verir: “Hər yaşın öz gözəlliyi var”.
   
   Hazırladı: Səbinə Əlibalaqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar