Sentyabrın 13-14-də Fransanın paytaxtı Parisdə Dünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun növbəti iclası keçiriləcək. 2011-ci ilin aprel ayında Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi nəzərdə tutulur.
   
   Forumla bağlı UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və nazirliyin nümayəndələrindən ibarət işçi qrup müvafiq sənədləri hazırlayır.
   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Dünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun iclasında iştirak etmək, forumla bağlı UNESCO-nun katibliyi, Fransa Respublikasının rəsmiləri ilə müzakirələr aparmaq, eləcə də Azərbaycanın qeyri maddi-mədəni irs nümunələrinin UNESCO-nun Qeyri-maddi irs siyahısına daxil edilməsini müzakirə etmək məqsədilə sentyabrın 12-17-də Parisdə səfərdə olacaq. Səfər əsnasında Azərbaycan nümayəndəsinin UNESCO qeyri maddi irs üzrə Komitəsində işləməsi üçün namizədliyinin təqdim edilməsi, Luvr muzeyi ilə əməkdaşlıq məsələlərinə dair danışıqların aparılması da nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar