Vaxtilə dünya turistlərinin üz tutduğu məkan yararsız vəziyyətə düşüb
   
   Yaxın həftələrdə İtaliyanın Neapol şəhəri yaxınlığında Pompey arxeoloji abidəsinin yerində on qədim malikanə turistlər üçün açılacaq. Bərpa işlərinə ölkənin mədəniyyət naziri Massimo Bray nəzarət edir.
   
   Nazir UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş obyektlərin bərpası üçün əlavə vəsait ayırmış Avropa İttifaqına təşəkkürünü bildirərək deyib: “Biz bütün Avropaya sübut etməliyik ki, Pompey layihəsinin üzləşdiyi çağırışların öhdəsindən gəlməyə qadirik”.
   Avropa Komissiyası dağılmaqda və yararsız vəziyyətə düşməkdə olan Pompey obyektlərinin bərpası üçün 2013-cü ilin mart ayında 105 milyon avro məbləğində vəsait ayırıb. İtaliya hökuməti də bu layihə üçün eyni məbləği ayıracaq. Yaxınlıqdakı rayonların infrastrukturunun inkişaf etdirilməsi üçün bu layihədə özəl sərmayədarların da iştirakı nəzərdə tutulur.
   Eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində yerlə yeksan olmuş və yalnız XVIII əsrdə arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş qədim Pompey və Herkulanum şəhərləri İtaliyanın ən populyar turist marşrutları sırasına daxildir.
   Lakin iqtisadi böhran dövründə bu şəhərlər ölkənin “mədəni müflisləşmə” rəmzinə çevrilib: turistlər Pompeydə yalnız cüzi sayda tikililər görə bilərlər. 2010-cu ildə qədim qladiatorlar məktəbinin uçmasını isə Prezident Corcio Napolitano “millət üçün biabırçılıq” adlandırıb.
   Hazırda İtaliyanın milli büdcəsindən mədəniyyət üçün cəmi 1,4 milyard avro ayrılır ki, bu da ölkənin ümumi daxili məhsulunun 0,2 faizindən də azdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar